
“Problemimiz olsaydı, indi xəstəxanada idi” – İbrahimoviç
[18.06.2016]
İsveç millisinin kapitanı Zlatan İbrahimoviç “Avro-2016”nın E qrupunda İtaliya ilə oyunda rəqib futbolçusu Corcio Kyellini ilə arasında yaşananlara münasibət bildirib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 35 yaşlı forvard aralarında heç bir problemin olmadığını deyib:
“Kyellini ilə problemim olsaydı, indi xəstəxanada idi. Gördüyünüz kimi, hər şey qaydasındadır”.
Qeyd edək ki, bu görüşdə 1:0 hesabı ilə qalib gələn İtaliya millisi 1/8 finala yüksəlib.
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.