Qol.Az

"Azarkeşlərimizin hərəkətləri əsl biabırçılıqdı"

[18.06.2016]
"Azarkeşlərimizin hərəkətləri əsl biabırçılıqdı"

“Buna söz tapa bilmirəm. Azarkeşlərimizin hərəkətləri əsl biabırçılıqdı. Bəlkə də buna görə UEFA bizi çempionatdan uzaqlaşdıracaq".
 
Qol.az-ın  məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu İvan Rakitiç Çexiya ilə oyunda (2:2) yaşanan qalmaqal haqda danışarkən deyib.
 
“Barselona”nın yarımmüdafiəçisi “AÇ-2016”nın D qrupunda Çexiya ilə qarşılaşmada azarkeşlərinin meydana pirotexniki vasitələr atmasını kəskin şəkildə pisləyib. 

Rakitiç qarşılaşma haqda isə bunları deyib: “Biz Çexiyadan daha yaxşı oynadıq. Təəsüf ki, hesabı qoruya bilmədik. Qələbəyə layiq idik”.

Qeyd edək ki, Xorvatiya millisi azarkeşlərinə görə artıq bir dəfə UEFA tərəfindən cəzalandırılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.