Qol.Az

İspaniya 1/8 finalda

[18.06.2016]
İspaniya 1/8 finalda

"Avro-2016"da daha iki oyun keçirilib.

Qol.az-ın məlumatına görə, D qrupunun ilk görüşündə Çexiya və Xorvatiya yığmaları üz-üzə gəlib.

İlk görüşündə Türkiyə ilə matçdan qalib ayrılan xorvatlar çexləri də məğlub edərək 1/8 finala adını yazdırmağa çalışacaqdı. Ante Çaçiçin komandası 2:0 hesabı ilə öndə olsa da, matçın sonlarında qələbəni əldən veriblər - 2:2. 

Qrupun digər oyununda Türkiyə millisi son Avropa çempionu İspaniya ilə görüşüb. Turnirə uğursuz başlayan Fatih Terimin komandası bu görüşə ən azı bir xal qazanmaq üçün çıxmışdı. Lakin ispanlar buna imkan verməyib. Rəqibə 3 cavabsız qolla qalib gələn Visente del Boskenin komandası 1/8 finala adlayıb. Türkiyə millisinin isə çətin də olsa, qrupdan çıxmaq şansı nəzəri olaraq qalır. 




17 iyun

D qrupu

23:00. İspaniya – Türkiyə - 3:0
Qol:
Alvaro Morata, 34 (1:0), Nolito, 37 (2:0), Morata, 48 (3:0)
Baş hakim: Milorad Maziç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Corcyeviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Nitsa. Şəhər stadionu


20:00. Çexiya - Xorvatiya - 2:2
Qollar:
İvan Perişiç, 37 (0:1), İvvan Rakitiç, 59 (0:2), Milan Şkoda, 76 (1:2), Tomaş Neçid, 90+3-pen (2:2)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropoulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Qişar" stadionu.





N Komandalar O Q H M T-F X
1 İspaniya 2 2 0 0 4-0 6
2 Xorvatiya 2 1 1 0 3-2 4
3 Çexiya 2 0 1 1 2-3 1
4 Türkiyə 2 0 0 2 0-4 0


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.