Qol.Az

Cüneyt Çakırın "Avro-2016"da ikinci təyinatı

[16.06.2016]
Cüneyt Çakırın "Avro-2016"da ikinci təyinatı

"Avro-2016"da daha üç oyuna hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, D qrupunda keçiriləcək Çexiya - Xorvatiya oyunu Mark Klattenburqun başçılıq edəcəyi ingiltərəli hakimlər briqadasına tapşırılıb.

Türkiyənin FİFA referisi Cüneyt Çakırın "Avro-2016"da idarə edəcəyi ikinci oyun da müəyyənləşib. O, E qrupunda keçiriləcək Belçika – İrlandiya matçını idarə edəcək. Bu qrupun digər matçı İtaliya - İsveç görüşü isə macarıstanlı Viktor Kaşşaiyə tapşırılıb.

 

 

17 iyun

E qrupu

17:00. İtaliya - İsveç
Baş hakim:
Viktor Kaşşai
Yan xətt hakimlər: Györgi Rinq, Vensel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Klemen Turpin (Fransa)
Tuluza. Tuluza şəhər stadionu.
 

D qrupu

20:00. Çexiya - Xorvatiya
Baş hakim:
Mark Klattenburq
Yan xətt hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropoulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Qişar" stadionu.

 

18 iyun


E qrupu

17:00. Belçika - İrlandiya
Baş hakim:
Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran və Tarık Ongün
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşək (hamısı Türkiyə)
Dördüncü hakim: Benoit Bastien (Fransa)
Bordo. Bordo şəhər stadionu.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.