Avstriya millisi ciddi itki ilə üzləşib.
Qol.az-ın Avstriya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Zlatko Yunuzoviç zədələnib.
"Avro-2016"nın ilk görüşündə Macarıstanla qarşılaşmada topuğundan zədə alan 28 yaşlı futbolçunun qrup oyunlarında meydana çıxa bilməyəcəyi gözlənilir.
Futbolçunun durumu haqda danışan Avstriya millisinin həkimi Riçard Eqqenhofer bunları deyib: "Yunuzoviçin zədəsini sağaltmaq üçün bütün günü çalışırıq. Hazırda onun nə zaman sağalacağını proqnozlaşdırmaq çətindir. Ancaq əgər sağalsa, pley-off matçlarında oynaya biləcək".