Qol.Az

Fatih Terim jurnalisti topla vurmaq istədi – məşqdə maraqlı olay (VİDEO)

[16.06.2016]
Fatih Terim jurnalisti topla vurmaq istədi – məşqdə maraqlı olay (VİDEO) Türkiyə milli komandasının son məşqlərindən birində maraqlı hadisə yaşanıb.

Qol.az-ın “Sözcü” qəzetinə istinadən yaydığı xəbərə görə, baş məşqçi Fatih Terim canlı yayım zamanı müsahibə verən jurnalist Bilal Meşe ilə zarafatlaşmağa başlayıb.

O, 20 dəfəyə yaxın topu jurnalistə vurmaq istəyib. Lakin bunların heç birinə B.Meşe reaksiya verməyib. Terimin bu addımı məşqdə iştirak edən və izləyənlərin gülüşünə səbəb olub.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.