Qol.Az

Nelson Bonilla "Zirə"dən getdi

[16.06.2016]
Nelson Bonilla "Zirə"dən getdi

Salvadorlu futbolçusu Nelson Bonilla "Zirə"dən gedib.

Qol.az-ın xəbərinə görə, bu barədə o özü məlumat verib.

"Növbəti mövsümdən Azərbaycanda oynamayacam. Ancaq indi çıxış edəcəyim klubun adını söyləyə bilmərəm. Onu deyə bilərəm ki, Avropanın 10 ən yaxşı çempionatından birində oynayacam. Vaxtı gələndə klubun adını açıqlayacam. Xoşbəxtəm, çünki ötən mövsüm mənim üçün yaxşı alındı".

Ötən mövsüm Topaz Premyer Liqada vurduğu 14 qolla "Zirə"nin ən məhsuldar futbolçusu olan Bonilla "İnstagram" sosial şəbəkəsində paylaşdığı şəkillə komandası ilə vidalaşıb:

"Paylaşdığım bu şəkillə komanda yoldaşlarıma, bütün heyətə və azarkeşlərə təşəkkür edirəm. Mənə hər məşqdə və oyunda özümü evimdəki kimi hiss etdirdikləri üçün minnətdaram. Ötən mövsüm mənim üçün maraqlı keçdi və birlikdə böyük işlər gördük. Ümid edirəm ki, mənim klub üçün etdiklərimdən zövq aldınız. Bakı hər zaman həyatımda xüsusi yer tutacaq".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.