"Smolov, Kokorin və Dzyubanın qol vurmaq üçün kifayət qədər imkanı oldu. Əgər bunlar qol olsaydı, indi başqa tonda danışacaqdıq".
Qol.az-ın "Sport-ekpress" qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya millisinin baş məşqçisi Leonid Slutski "Avro-2016"da Slovakiyaya uduzduqları oyundan sonra deyib.
Rusiyalı mütəxəssis bu məğlubiyyətdən sonra qrupdakı vəziyyətin mürəkkəb olduğunu bildirib: "Qrupdakı vəziyyət mürəkkəbdir. Bütün komandaların 1/8 finala adlamaq şansı var. Mübarizə son tura qədər davam edəcək. Növbəti rəqibimiz Uels millisinə gəlincə, onların heyətində iki top oyunçu var - Beyl və Remzi. Ancaq belə vacib matçda komandanın necə oynadığını daha önəmlidir, nəinki hansısa futbolçunun".
Qeyd edək ki, ilk görüşündə ingilislərlə 1:1 bərabərə qalan Rusiya yığması bu dəfə Slovakiyaya uduzub - 1:2.