Qol.Az

İslandiya millisindən qeyri-adi rekord

[15.06.2016]
İslandiya millisindən qeyri-adi rekord

"Avro-2016"da ilk oyununa çıxan İslandiya millisi qeyri-adi rekordla diqqət çəkib.

Qol.az-ın məlumatına görə, bu, islandların qrup mərhələsinin ilk turunda Portuqaliya ilə oyununa təsadüf edib.

Lars Laqenberqin komandasının Portuqaliya ilə oyunda start heyətində meydana çıxdığı 11 futbolçunun hamısının soyadlarının sonluğu "son"la bitib. Bununla da, İslandiya millisi Danimarkanın 1964-cü ildə keçirilən Avropa çempionatındakı rekordunu yeniləyib. Həmin turnirdə keçmiş SSRİ yığması ilə görüşdə danimarkalıların start heyətində yer alan 11 futbolçudan 10-nunun soyadı "sen" sonluğu ilə bitirdi.

İslandiya millisi Portuqaliya ilə oyuna meydana bu futbolçularla çıxıb: Halldorson, Severson, Siqurdson, Qudmundsson, Byarnsson, Siqtorson, Siqurdson, Arnason, Bödvarsson, Qunnarson, Skulason

Maraqlıdır ki, islandların heyətində iki dəyişiklik olub ki, meydana sonradan daxil olan həmin futbolçular da soyadlarının "son"la bitməsi ilə diqqət çəkib. Ehtiyat oyunçular skamyasında olan futbolçulardan isə yalnız Eydur Qudyonsenin soyadı digərlərindən fərqli olaraq "sen"lə bitib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.