Qol.Az

İbrahimoviç olimpiya millisində

[15.06.2016]
İbrahimoviç olimpiya millisində

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviçin adı olimpiya komandasının 35 nəfərlik genişləndirilmiş heyətinə salınıb.

Qol.az-ın ESPN-ə istinadən yaydığə xəbərə görə, yekun heyətə 22 futbolçunun adı salınacaq.

Qeyd edək ki, qarşıdakı olimpiadada hər komandada təvəllüdü 1 yanvar 1993-dən daha əvvələ olan 3 futbolçunun çıxışına icazə verilir.

Əlavə edək ki, əgər İbra “Mançester Yunayted”ə keçsə, bu zaman onun qarşıdakı yarışda iştirakı sual altına düşəcək. Çünki İngiltərədə mövsüm avqustun 13-ü başlayır, olimpianın futbol yarışı isə 3-20 avqust arasında keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.