İtaliya A Seriya təmsilçisi "Atalanta"nın yeni baş məşqçisi müəyyənləşib.
Qol.az-ın klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, komandanı yeni mövsümdən Canpyero Qasperini çalışdıracaq.
"Cenua" ilə müqaviləsini ləğv edən 58 yaşlı mütəxəssis "Atalanta" ilə razılığa gəlib. Lakin müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, "Atalanta" ötən mövsüm A Seriyasını 13-cü pillədə başa vurub.