Qol.Az

Mourinyo – Qvardiola: yeni duelin vaxtı açıqlandı

[15.06.2016]
Mourinyo – Qvardiola: yeni duelin vaxtı açıqlandı

2016/17 mövsümündə ilk Mançester derbisinin vaxtı açıqlanıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Mançester Yunayted”lə “Mançester Siti” arasında ilk matç sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək.

Qeyd edək ki, bu, “Mançester Yunayted” və “Mançester Siti”nin yeni baş məşqçiləri – Joze Mourinyo ilə Xosep Qvardiolanın İngiltərə Premyer Liqasında bir-birilərinə qarşı ilk oyunu olacaq.

Sonuncu dəfə bu məşqçilərın qarşılaşması 2013-cü ilin avqustun 30-da, “Bavariya”nın “Çelsi”yə penaltilər seriyasında qalib gəldiyi UEFA superkubokunun oyununda olmuşdu.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.