Qol.Az

“Avro-2016”da qalmaqal

[15.06.2016]
“Avro-2016”da qalmaqal

“Avro-2016”da yarışan Ukrayna millisi ilə bağlı qalmaqala səbəb olacaq şəkillər yayılıb.

Qol.az-ın xəbərinə görə, şəkilləri Almaniyanın “Bild” qəzeti dərc edib. Ralf G. adlı alman azarkeş bu şəkilləri Avropa çempionatının Almaniya – Ukrayna oyunundan (2:0) sonra ikincilərin paltardəyişmə otağında çəkib. Şəkillərin müəllifi burada boş şərab butulkası, pivə bankaları və 41 ədəd siqaret kötüyünə rast gəldiyini bildirib.

Bu şəkillərin çəkilməsi stadionlarda təhlükəsizliyin lazimi səviyyədə təmin edilmədiyini də göstərir. Ralf G. oyundan bir saat sonra stadionunun soyunub-geyinmə otağına necə girdiyi haqda danışarkən deyib:

“Matç bitdikdən yarım saat sonra bütün tribunalar boşaldı. Gəlmişkən, stadionun ətrafında gəzib bura ilə yaxından tanış olmaq qərarı verdim. Bu zaman VİP sektordan birindən qonaqların əllərində futbol topu çıxdığını gördüm. Topu haradan aldıqları ilə maraqlandım. İçəridə verildiyini dedilər, mən də çox rahat şəkildə ora daxil oldum. Kimsə mənə bir şeyi demədi. Rahat şəkildə meydançaya daxil oldum. Yoahim Lövün oturduğu yerdə əyləşdim. Sonra paltardəyişmə otaqlarına girdim. Ukrayna millisinin otağında rəzil bir durum var idi. Boş şərab butulkaları, pivə bankaları və saydım, düz 41 ədəd siqaret kotüyü... Almaniya millisinin paltardəyişmə otağında isə hər şey səliqəli idi. Ətrafda sadəcə düzgün şəkildə istifadə olunan buz torbaları vardı. Stadionda bir neçə saat qaldım, kimsə kim olduğumu soruşmadı”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.