
"Uels millisi İngiltərədən güclüdür"
[15.06.2016]
Uels millisinin futbolçusu Aaron Remzi “Avro-2016”nın B qrupunda İngiltərə ilə qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.
Qol.az-ın BBC-yə istinadən yaydığı xəbərə görə, “Arsenal”ın yarımmüdafiəçisi idialı açıqlama verib:
“Düşünürəm ki, biz İngiltərə millisindən güclüyük. Çox çətin yollar keçmişik və indi işimizin bəhrəsini görürük. İngiltərə ilə oyunu səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, sabah keçiriləcək İngiltərə - Uels oyunu saat 17:00-da başlayacaq.
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.