"Avro-2016"da qrup mərhələsinin oyunları davam edir.
Qol.az-ın məlumatına görə, A qrupunda iki oyun keçirilib.
İlk görüşündə Albaniyaya 1:0 hesabı ilə qalib gələn İsveçrə Rumıniya ilə üz-üzə gəlib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi isə bu gün ikinci matçına çıxacaq. Albanlar bu dəfə meydan sahibi Fransa ilə üz-üzə gəlib. Aqollinin kapitanlıq sarğısı daşıdığı oyun onun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:2.
Beləliklə xalını 6-a çatdıran Fransa 1/8 finala vəsiqə qazanıb. Albaniya millisinin isə qrupdan çıxmaq şansı nəzəri olaraq qalır.
14 iyun
A qrupu
23:00. Fransa - Albaniya - 2:0
Qol: Qrizman, 90, Paye, 90+6
Hakimlər: Uilyam Kollam, Frensis Konnor (hər ikisi Şotlandiya), Damian Makqreyt (İrlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Biton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Maykl Oliver (İngiltərə)
Marsel. "Velodrom" stadionu.
20:00. Rumıniya - İsveçrə - 1:1
Qol: Stanku, 18-pen.(1:0), Mehmedi, 57 (1:1)
Hakimlər: Sergey Karaşev, Nikolay Qolubev, Tikon Kaluqin (hamısı Rusiya)
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Paris. "Park de Prens" stadionu.
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Fransa | 2 | 2 | 0 | 0 | 3-1 | 6 |
2 | İsveçrə | 2 | 1 | 1 | 0 | 3-2 | 4 |
3 | Rumıniya | 2 | 0 | 1 | 1 | 2-3 | 1 |
4 | Albaniya | 2 | 0 | 0 | 2 | 0-2 | 0 |