Bu gün "Avro-2016"nın qrup mərhələsində II turun oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, günün ilk qarşılaşması B qrupunda keçirilib.
Rusiya Slovakiya ilə üz-üzə gəlib. İlk görüşündə ingilislərlə 1:1 bərabərə qalan Rusiya yığması bu dəfə Slovakiyaya uduzub - 1:2.
Qeyd edək ki, qrupun digər görüşü olan İngiltərə - Uels oyunu sabah keçiriləcək.
14 iyun
B qrupu
17:00. Rusiya - Slovakiya - 1:2
Qollar: Vladimir Veiys, 32 (0:1), Marek Hamşik, 45 (0:2), Denis Qluşakov, 79 (1:2)
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya)
Əlavə köməkçi hakimlər: Matej Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Lill. "Pyer Morya" stadionu.
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Uels | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
2 | Slovakiya | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
3 | İngiltərə | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
4 | Rusiya | 2 | 0 | 1 | 1 | 2-3 | 1 |