Qol.Az

İtaliya millisinin yeni baş məşqçisinin adi açıqlandı

[07.06.2016]
İtaliya millisinin yeni baş məşqçisinin adi açıqlandı

İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, milli komandanı "Avro-2016"dan sonra "Torino"nun baş məşqçisi Campetro Ventura çalışdıracaq.

Bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio məlumat verib:
"Biz Venturanı seçdik. O, istədiyimiz keyfiyyətlərə malikdir".

İtaliya mətbuatı  C.Ventura ilə iki illik müqavilə imzalanacağını yazıb. 68 yaşlı mütəxəssisin ilinə 1 milyon 300 min avro qazanacağı gözlənilir.

Qeyd edək ki, millinin hazırkı çalışdırıcısı Antonio Kontedir. O, "Avro-2016"dan sonra İtaliya millisini tərk edəcək və "Çelsi"ni çalışdıracaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.