Qol.Az

Emeri PSJ-yə doğru

[07.06.2016]
Emeri PSJ-yə doğru

"Sevilya"nın baş məşqçisi Unai Emeri yeni mövsümdən PSJ-ni çalışdıra bilər.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Paris təmsilçisi ispaniyalı mütəxəssislə münasibətləri rəsmiləşdirmək üzrədir.

44 yaşlı mütəxəssisin "Avro-2016"nın startına qədər PSJ-nin baş məşqçisi təyin olunacağı gözlənilir. Fransa klubu hazırkı baş məşqçi Loran Blanla fevral ayında 2018-ci ilə qədər müqavilə yeniləyib. Lakin komandanın Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırmasından sonra klubun sahibi Əmir-Əl Tani baş məşqçi dəyişikliyinə ehtiyac olduğunu bildirib.

Bundan sonra hərəkətə keçən rəhbərlik ilk öncə "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone ilə danışıqlara başlayıb. Lakin argentinalı mütəxəssisin keçidində problem yaşandığı üçün bütün diqqətlər "Sevilya"nın baş məşqçisi Unai Emeriyə yönəlib. Tərəflər arasında razılıq əldə olunarsa, Emeri yeni mövsümdən PSJ-ni çalışdıracaq.

Qeyd edək ki, ötən mövsüm La Liqanı 7-ci pillədə başa vuran Emerinin komandası ardıcıl üçüncü dəfə Avropa Liqasının qalibi adını qazanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.