Qol.Az

Əmrə Mor rəsmən "Borussiya"da

[07.06.2016]
Əmrə Mor rəsmən "Borussiya"da

Türkiyə millisinin üzvü Əmrə Morun "Borussiya"ya keçidi rəsmiləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı futbolçu Dortmund təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Almaniya təmsilçisi bu transfer üçün Əmrənin çıxış etdiyi Danimarkanın "Nordşelland" klubuna 16 milyon avro ödəyib.

"Borussiya"ya keçidi ilə bağlı danışan türk futbolçu bunları deyib: "Bu klubun bir parçası olacağım üçün çox xoşbəxtəm. Dünyanın ən böyük klublarından birinə transfer oldum. Bütün komanda yoldaşlarım və klubun azarkeşləri ilə görüşməyi səbirsizliklə gözləyirəm".

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.