Qol.Az

İnzaginin yeni klubu bəlli oldu

[07.06.2016]
İnzaginin yeni klubu bəlli oldu

İtaliya millisinin sabiq üzvü Filipo İnzagi karyerasını "Venesiya"da davam etdirəcək.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis komandanın baş məşqçisi təyin olunub.

İnzagi yeni komandasındakı işinə iyulun 1-də başlayacaq. Onun komandası yeni mövsümdən İtaliya C Seriyasında mübarizə aparacaq.

Qeyd edək ki, İnzagi daha öncə çıxış etdiyi "Milan" klubunu çalışdırıb. Milan təmsilçisi onun rəhbərliyi altında 2014/2015 mövsümünü 10-cu pillədə başa vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.