Qol.Az

Azərbaycan türkləri erməninin transferini əngəllədi

[07.06.2016]
Azərbaycan türkləri erməninin transferini əngəllədi

Cənubi Azərbaycanın "Traktorsazi" klubuna erməni futbolçu transferinin qarşısı alınıb. Klubun fanat səhifəsinə istinadən məlumatına görə, Varazdat Aroyanın Təbriz klubuna transferi gündəmdə olub.

Klub rəhbərliyinin addımına qarşı "İnstagram" səhifəsində etirazlar başlanıb. Etirazlar ünvanına çatıb və nəticədə bu oyunçunun "Traktorsazi"yə keçidi baş tutmayıb.

Qeyd edək ki, Varazdat Aroyan 24 avqust 1992-ci ildə İrəvanda anadan olub. O, hazırda "Pünik"də çıxış edir və 2011-ci ildən Ermənistanın əsas millisinə dəvət alır. Ötən mövsüm "Traktorsazi"də İran yığmasının əslən erməni hücumçusu Andranik Teymuryan çıxış edib (sportnet.az).


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.