Qol.Az

19 yaşlı türk futbolçu "Borussiya"da (ŞƏKİL)

[07.06.2016]
19 yaşlı türk futbolçu "Borussiya"da (ŞƏKİL)

Türkiyə millisinin üzvü Əmrə Morun yeni klubu müəyyənləşib.

Qol.az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Danimarkanın "Nordşelland" klubunda sərgilədiyi oyunla qısa zamanda Türkiyə millisinə dəvət alan futbolçu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Türk futbolunun parlayan ulduzu olan Əmrə "Borussiya"ya transfer olunub. Uzun müddət "Bavariya", "Liverpul" və "Yuventus" klublarının maraq dairəsində olan 19 yaşlı futbolçu Fatih Terimdən icazə alaraq meneceri Muzzi Özcanla birgə Dortmunda gedərək Almaniya klubu ilə anlaşıb. Beş illik transferin "Borussiya"ya 16 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Əmrənin transferinin bu gün rəsmən açıqlanacağı gözlənilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.