Qol.Az

Bakıda Formula 1 gecə keçirilə bilər

[07.06.2016]
Bakıda Formula 1 gecə keçirilə bilər

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 yarışı zamanı Rusiyadan ökəmizə 3 min 500 azarkeşin gələcəyini gözləyir. Qol.az-ın xəbərinə görə, bu haqda şirkətin icrası icraçı direktoru Arif Rəhimov TASS agentliyinə açıqlamasında bildirib.

O deyib ki, hazırda 2 min 500 bilet satılıb: “Biz gözləyirik ki, sonrakı günlərdə daha 1000 bilet satılsın”.

İcraçı direktorun sözlərinə görə, gələn həftənin sonuna kimi bütün biletlər satılacağı gözlənilir: “Demək olar ki, artıq bütün biletlər satılıb. Hər gün biletlərin satışı daha da artır. Bizim hesablamalarımıza görə həftənin sonuna qədər bilet qalmayacaq. Tribunada biletin ən ucuz qiyməti 200 dollar, yarışı ayaq üstdə izləmək üçün biletin qiyməti isə 90 dollardır ".

Arif Rəhimov qeyd edib ki, gələcəkdə Bakıda Formula 1 yarışnın geçə keçirikəcəyi istisna olunmur.

Qeyd edək ki, hazırda Formula 1-in Sinqapur və Bəhreyndə keçirilən yarışında gecə proqramı nəzərdə tutulub. 

“Yarışların gecə keçirilməsi azarkeşlər və dostlarımızla müzakirə olunub. Amma gecə vaxtı yarış əlavə xərc tələb edir. Biz hər dəfə gərək trası yenidən bərpa edək. Bu isə ilk il üçün çox çətindir. Baxarıq əgər bu dəfə alınsa ola bilsin gecə yarışını da keçirdik. Şəhərdə işıqlandırma sistemi əladır. Yarışı gecə keçirmək alınsa, çox gözəl olar” – deyə A.Rəhimov bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.