Qol.Az

Makelele "Monako"dan getdi

[07.06.2016]
Makelele "Monako"dan getdi

"Monako" klubun direktoru Klod Makelele ilə yollarını ayırıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.

43 yaşlı sabiq futbolçu bu ilin yanvar ayından etibarən Fransa klubunda direktor vəzifəsində çalışırdı. O, eyni zaman "Monako"nun vitse-prezidenti Vadim Vasilyevə klubun idman işlərində kömək edirdi.

Qeyd edək ki, karyerası ərzində "Real" (Madrid), "Çelsi" və PSJ kimi klublarda çıxış edən Makelele 2014-cü ildə "Bastiya"nı çalışdırıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.