Qol.Az

Mourinyo: "Qvardiola ilə rəqabətə köklənsəm..."

[01.06.2016]
Mourinyo: "Qvardiola ilə rəqabətə köklənsəm..."

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütxəssis Madrid "Real"ını çalışdırdığı dönəmdə rəqabətdə olduğu "Barselona"dakı həmkarı Pep Qvardiola haqda danışıb.

Mourinyo yeni mövsümdən "Mançester Siti"ni çalışdıracaq Qvardiola ilə rəqabətə köklənməyin yanlış addım olacağını bildirib:

"İspaniyada işlədiyim dönəmdə ya mən, ya da o çempion oldu. Ancaq indi bir-birimizlə rəqabətə köklənsək, səhvə yol verərik. Çünki belədə bizim komandalarımız yox, üçüncü bir komanda çempion olacaq. La Liqa ilə müqayisədə Premyer Liqa daha çətin çempionatdır".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.