Qol.Az

Levandovski "Bavariya"dan 20 milyon avro tələb edir

[01.06.2016]
Levandovski "Bavariya"dan 20 milyon avro tələb edir

"Bavariya"nın hücumçusu Robert Levandovskinin klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Qol.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, polşalı forvard klub rəhbərliyi ilə razılığa gələ bilmir.

Münhen təmsilçisi polşalı hücumçuya 5 illik müqavilə təklif edib. Levandovski bu təklifi qəbul edəcəyi təqdirdə ilinə 15 milyon avro qazanacaq. Lakin 27 yaşlı futbolçu "Bavariya"dan ilinə 20 milyon avroluq maaş tələb edir. Futbolçunun istəyi qəbul olunarsa, Levandovski "Bavariya"nın ən yüksək ödənişli futbolçusu olacaq.

Qeyd edək ki, 2014-cü ildə Dortmund "Borussiya"sından transfer olunan Levandovski ilə Madrid "Real"ı yaxından maraqlanır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.