Qol.Az

"Belə oyunlarda sakit qalmaq olmur" – Qriqorçuk

[20.05.2016]
"Belə oyunlarda sakit qalmaq olmur" – Qriqorçuk

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın sonuncu turunda "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssis qarşılaşma haqda bunları deyib:

"Oyunla bağlı fikirlərim müsbətdir. Yaxşı oyun izlədik. Qarşılaşma əsl futbol ab-havasında baş tutdu. Bu matçda hər iki komanda qalib gəlib, mükafatçılar sırasına düşmək istəyirdi. Belə oyunlar çempionata marağı artırır. İstədiyimiz nəticəni əldə etməyimiz yaxşı oldu. Bu üzdən də nəticədən razıyıq. Belə görüşlərdə sakit qalmaq, ehtiyat oyunçular skamyasında oturmaq olmur. Mən də bu həyəcanı ayaq üstə, komanda ilə birlikdə yaşamaq istəyirəm”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.