Qol.Az

"Bütün mövqelərdə güclənməyə çalışacağıq" – Adil Şükürov

[20.05.2016]
"Bütün mövqelərdə güclənməyə çalışacağıq" – Adil Şükürov

"Azarkeşlərimizə çox sağ ol deyirəm. Ağır mövsüm keçirdik. Çalışırdıq ki, mövsümü major notlarla bitirək. Ancaq alınmadı. Bundan sonra növbəti mövsüm haqqında düşünməliyik”.

Qol.az-ın sportal.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqanın sonuncu turunda Bakı "İnter"inə 0:1 hesabı ilə uduzduqları matçdan sonra keçirdiyi mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
- Legionerlərlə vəziyyət necədir? Bir də ki heyətdə hansı dəyişikliklər ediləcək?

- Bütün mövqelərdə güclənməyə  çalışacağıq. Oyunçularaın bəziləri ilə danışmışıq. Bütün mövqelərdə güclənmək lazımdır. Gələn mövsüm üçün daha güclü komanda yaratmağa çalışacağıq.
 
- Komandada fəaliyyətinizi davam etdirəcəksiniz?

- Biz yeni komandayıq. İlk mövsümdə yaxşı nəticə qazanacağıq. Komandada işimi davam etdirmək niyyətindəyəm.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.