Qol.Az

Zaur Svanadze: "Komandadan gedənlər olacaq"

[20.05.2016]
Zaur Svanadze: "Komandadan gedənlər olacaq"

"Mövsümün yekununu götürsək məşqçi olaraq razıyam. Mövsümün əvvəlində desələr "İnter" dördüncü olacaq, inanmazdım".

Qol.az-ın  Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 36-cı turunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, mövsümün son matçını belə dəyərləndirib:

"Hər kəsə təşəkkür edirəm. Komanda bacardığını etdi. Bəzi oyunlarda daha yaxşı nəticə göstərə bilərdik. Amma ümumilikdə futbolçulardan razı qaldım. Düşünürəm ki, mövsümü yaxşı pillədə başa vurduq. Komandadan gedəcək futbolçular var. Gəncləşdirmə və gücləndirmə işləri lazımdır. Büdcə haqda hər hansı fikir bildirməkdə çətinlik çəkirəm. çünki artıb-azalacağını bilirəm. Elə düşünürəm ki, güclənməliyik".
 
Z.Svanadze komandanın avrokuboklarda iştirak edib-etməyəcəyi ilə bağlı bunları söyləyib:

"Heç nə deyə bilmərəm. Müsbət cavab gəlsə, Avropa Liqasına hazırlaşmaq üçün kifayət qədər imkanımız olacaq".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.