Qol.Az

"Xəzər Lənkəran" Premyer Liqanın sonuncusu oldu

[20.05.2016]
"Xəzər Lənkəran" Premyer Liqanın sonuncusu oldu

Topaz Premyer Liqanı tərk edən klub müəyyənləşib.

Qol.az-ın məlumatına görə, çempionatı sonuncu pillədə tamamlayan "Xəzər Lənkəran" birinci diviziona düşüb.

Qeyd edək ki, Lənkəran təmsilçisi sonuncu turda "Rəvan"la heç-heçə edərək sonuncu pillədən qurtula bilməyib.

Amma "Xəzər Lənkəran"ın gələn mövsümdən birinci divizion, yoxsa indiki kimi yenə Premyer Liqada oynayacağı dəqiq deyil. AFFA İcraiyyə Komitəsinin maddi durumu düzələcəyi halda "Xəzər Lənkəran"ı  Premyer Liqaya buraxacağı istisna olunmur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.