Qol.Az

"Kəpəz" Gəncədə məşqə çıxdı

[10.05.2016]
"Kəpəz" Gəncədə məşqə çıxdı

Topaz Premyer Liqanın 34-cü  turunda Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə gedib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda matçın keçiriləcəyi arenada saat 16:00-da məşqə çıxıb.

İsinmə hərəkətlərinin yerinə yetirilməsi illə başlayan hazırlıq prosesi təxminən 1 saat çəkib. Yüngül xarakter daşıyan məşq toplu çalışmalarla davam edib.

“Kəpəz”in zədəli futbolçusu Ceyhun Cavadov sağalmadığından yarımmüdafiəçi Gəncəyə gətirilməyib. Bu o deməkdir ki, Cavadov “Neftçi” ilə də oyunu buraxacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.