Qol.Az

Daha bir futbolçu "Avro-2016"dan kənarda qaldı

[10.05.2016]
Daha bir futbolçu "Avro-2016"dan kənarda qaldı

İngiltərə Premyer Liqasının 37-ci turunda "Mançester Siti" ilə görüşdə (2:2) zədələnən "Arsenal"ın hücumçusu Denni Uelbekin durumuna aydınlıq gəlib.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçunun 3-5 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Bu isə o deməkdir ki, Uelbek gələn ay Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsində İngiltərə yığmasına kömək edə bilməyəcək.

Qeyd edək ki, iyunun 10-da start veriləcək "Avro-2016"ya iyulun 10-da yekun vurulacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.