Qol.Az

UEFA-dan gözlənilməz qərar: final Bakı Olimpiya Stadionunda olmayacaq

[10.05.2016]
UEFA-dan gözlənilməz qərar: final Bakı Olimpiya Stadionunda olmayacaq UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın yarımfinal və final oyunlarının məkanı dəyişdirilib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın tövsiyəsinə əsasən yarımfinal oyunları “Dalğa Arena”da, final qarşılaşması isə 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Yarımfinal və final matçlarının məkanının dəyişdirilməsi azarkeş tutumu ilə bağlı olub. Qitə futbol qurumu bu cür turnirlərin həlledici görüşlərində ajiotaj yaranması istədiyi üçün son qarşılaşmaların daha az tutumlu stadionlarda keçirilməsini qərara alıb. 
 
Qeyd edək ki, yarımfinal matçları mayın 18-də, final oyunu mayın 21-də baş tutacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.