Qol.Az

"Lester" çempion olsa...

[30.04.2016]
"Lester" çempion olsa...

"Lester" İngiltərə Premyer Liqasının qalibi olacağı təqdirdə, komandanın baş məşqçisi Klaudio Ranyeri mükafatlandırılacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komanda çempion olsa, təcrübəli mütəxəssisə 5 milyon funt sterlinq mükafat veriləcək.

Qeyd edək ki, "Lester" 36 turdan sonra 76 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda sabah "Mançester Yunayted"i məğlub edəcəyi təqdirdə, çempionluğu rəsmiləşdirəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.