Qol.Az

Qodin "Atletiko"nu sevindirdi

[30.04.2016]
Qodin "Atletiko"nu sevindirdi

"Atletiko"nun futbolçusu Dieqo Qodin Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab matçında oynaya biləcək.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Uruqvaylı müdafiəçinin fərdi məşqlərə başladığı və Münhen təmsilçisi ilə ikinci görüşə kimi hazır olacağı bildirilib.

Qeyd edək ki, D.Qodin zədə səbəbindən ÇL-də "Bavariya" ilə ilk oyunu buraxıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.