Qol.Az

"Frayburq" yenidən bundesliqada

[29.04.2016]
"Frayburq" yenidən bundesliqada

Yeni mövsümdən Almaniya bundesliqasında oynamağa vəsiqə qazanan ilk klub müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "Frayburq" yüksək liqaya vəsiqəni təmin edib.

İkinci bundesliqasının 32-ci turunda "Paderborn" üzərində 2:1 hesablı qələbədən sonra  lider "Frayburq"un bu mövsümü ən pis halda ikinci pillədə başa vuracağı dəqiqləşib.

Bu isə o deməkdir ki, komanda bir mövsümdən sonra yenidən əsas liqada oynayacaq.

Qeyd edək ki, "Frayburq" ötən mövsüm bundesliqanı 17-ci pillədə başa vurduğu üçün ikinci bundesliqaya düşürülmüşdü.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.