Qol.Az

"Tottenhem" baş məşqçisi ilə müqavilə yeniləyir

[29.04.2016]
"Tottenhem" baş məşqçisi ilə müqavilə yeniləyir

"Tottenhem" baş məşqçisi Maurisio Poçettino ilə müqavilənin müddətini uzadacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında razılıq əldə olunub.

44 yaşlı mütəxəssisin komandası cari mövsüm Premyer Liqada çempionluq uğrunda mübarizə aparır. Onun işindən razı qalan rəhbərlik yaxın günlərdə Poçettino ilə 2021-ci ilə qədər müqavilə imzalayacaq.

Bununla bağlı danışan argentinalı mütəxəssis deyib: "Sevdiyim klub və sevdiyim insanlar olduqda qərar vermək asandır. Ona görə niyə də komandadan ayrılmaq istəyim ki?".

Qeyd edək ki, 2014-cü ildən "Tottenhem"i çalışdıran Poçettino Premyer Liqada 3 dəfə ayın ən yaxşısı seçilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.