Qol.Az

Millimizin daha bir rəqibi bəlli oldu

[29.04.2016]
Millimizin daha bir rəqibi bəlli oldu

Mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, millimiz mayın 26-da Andorra yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, komandamız hazırlıq prosesi çərçivəsində mayın 29-da Makedoniya, iyunun 3-də isə Kanada yığması ilə yoldaşlıq oyunu keçirəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.