Qol.Az

Əliyar Ağayev: "Səhv etmişəm!"

[29.04.2016]
Əliyar Ağayev: "Səhv etmişəm!"

FİFA referisi Əliyar Ağayev ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən baş hakimi olduğu "Neftçi" - "Qəbələ" matçındakı (1:1) qalmaqallı epizodu şərh edib.

Qol.az-ın məlumatına görə, Ağayev bu gün jurnalistlərə deyib ki, həmin epizodda ilk əvvəl "Qəbələ"nin futbolçusu Aleksey Qayın simulyasiya etdiyini düşündüyünü bildirib:

"Həmin epizod zamanı Qayın simulyasiya etdiyinə şübhəm yox idi. Lakin oyundan sonra videoyazıya baxdıqda səhvə yol verdiyimi anladım. Qay dizini bükdükdə penaltinin olub-olmaması ilə bağlı şübhəm var idi. Ona görə də "Neftçi"nin qapısına penalti təyin etmədim. Buna hər hansı bir səbəb axtarmıram, mənim səhvim idi".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.