Qol.Az

"Karyeramı İngiltərədə başa vuracam" – Özil

[29.04.2016]
"Karyeramı İngiltərədə başa vuracam" – Özil

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil gələcək karyerası ilə bağlı açıqlama verib.

Qol.az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, türk əsilli alman futbolçu karyerasını İngiltərədə başa vuracağını bildirib:

"Müqavilə yeniləməyə tələsmirəm. "Arsenal"la hələ iki illik müqaviləm var. Görək, yayda necə olacaq. Bundsliqaya və ya Türkiyəyə gedəcəyimi söyləmirəm. Hərçənd bu da istisna deyil. Ancaq karyeramı İngiltərədə başa vurmağı düşünürəm".

Qeyd edək ki, 2013-cü ildən "Arsenal"da çıxış edən Özilin mövsümün sonunda komandadan ayrılacağı iddia olunur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.