Qol.Az

Ronaldodan zədəsi ilə bağlı açıqlama

[27.04.2016]
Ronaldodan zədəsi ilə bağlı açıqlama

"Real"ın futbolçusu Kriştiano Ronaldo zədəsinin son durumu haqda açıqlama verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə ilk matçdan (0:0) sonra zədəsi ilə bağlı bunları bildirib:

"Zədəm hələ də sağalmayıb. Gəlin, növbəti oyunu gözləyək. Əgər bu gün Çempionlar Liqasının finalı olsaydı, o zaman zədəyə baxmayaraq, meydana çıxardım”.

Qeyd edək ki, K.Ronaldo zədəli olduğu üçün "Mançester Siti" ilə ilk oyunu buraxıb. Onun cavab qarşılaşmasında iştirak edib-etməyəcəyi dəqiqləşməyib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.