Qol.Az

"Mançester Siti"də ciddi itki

[27.04.2016]
"Mançester Siti"də ciddi itki

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə "Real"la 0:0 bərabərə qalan "Mançester Siti" ciddi itki ilə üzləşib.

Qol.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi David Silva zədələnərək sıradan çıxıb.

O, Madrid klubu ilə gələn həftə keçiriləcək cavab matçında iştirak etməyəcək. Bu barədə xəbəri klubun baş məşqçisi Manuel Peleqrini də təsdiqləyib. Lakin Silvanın hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

Qeyd edək ki, dünənki görüşdə ombasından zədələnən ispaniyalı futbolçu 40-cı dəqiqədə əvəzlənib. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.