Qol.Az

Qattuso mövsümün sonuna qədər cəzalandı

[21.04.2016]
Qattuso mövsümün sonuna qədər cəzalandı

İtaliya C Seriyasında çıxış edən "Piza" klubunun baş məşqçisi Cennaro Qattuso cəzalandırılıb.

Qol.az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, buna italiyalı mütəxəssisin "Ponteder"lə görüşdəki (1:1) davranışları səbəb olub.

O, matçın gedişində hakimlərin işinə sərt şəkildə etiraz etdiyi üçün tribunaya göndərilib. Eyni zamanda hakimləri təhqir edən Qattuso İtaliya Futbol Federasiyası tərəfindən mövsümün sonuna qədər cəzalandırılıb.

Qeyd edək ki, C Seriyasında mövsümün sonuna cəmi 3 tur qalıb. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Piza" lider "Spal"dan 9 xal geri qalır. "Piza" mövsümün sonuna qədər ikinci pillədəki mövqeyini qoruyacağı təqdirdə B seriyasına yüksəlmək üçün pley-off matçı oynayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.