Qol.Az

İvanoviç "Çelsi"dən ayrılır

[13.04.2016]
İvanoviç "Çelsi"dən ayrılır

"Çelsi"nin müdafiəçisi Branislav İvanoviç yeni mövsümdən İtaliya A Seriyasında oynaya bilər.

Qol.az-ın "Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, serbiyalı futbolçu "Yuventus"un maraq dairəsinə düşüb.

"Çelsi" ilə müqaviləsi gələn il başa çatacaq 32 yaşlı futbolçunun mövsümün sonunda komandadan ayrılacağı iddia olunur. Yeni mövsümdən "Çelsi"ni çalışdıracaq Antonio Kontenin planlarına daxil olmadığı söylənilən İvanoviçlə İtaliyanın "Roma" klubu da yaxından maraqlanır. Təcrübəli futboçunun mövsümün sonunda hansı qərarı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən "Çelsi"də oynayan İvanoviç keçirdiyi 243 oyunda 22 qol vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.