Qol.Az

"Cavidin bu işdə günahı yoxdursa, niyə xəstəxanaya gedib?!"

[06.04.2016]
"Cavidin bu işdə günahı yoxdursa, niyə xəstəxanaya gedib?!"

Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Səbail Rayon Polisi İdarəsinin 8-ci Polis Bölməsinin polis mayoru Ədalət Məmmədov, C.Hüseynovun anası Xalidə Hacıyeva, R.Əliyevin anası Teyfurə Əliyeva, C.Hüseynovun əmisi oğlu Nihat Abbaslı ifadə verib. X.Hacıyeva bildirib ki, oğlunun bu hadisədən qəti xəbəri olmayıb.

T.Əliyeva ifadəsində bildirib ki, oğlu Rasim Əliyevi Cavid Hüseynov və Elşən İsmayılov evdən aldadaraq çıxarıb: "Cavidin bu işdə günahı yoxdursa, niyə xəstəxanaya - Rasimin yanına gedib?!"

Məhkəmənin növbəti prosesi aprelin 13-nə təyin olunub.

Qeyd edək ki, C.Hüseynovun adı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işində keçir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.