Qol.Az

"Qlazqo Reyncers" yüksək liqaya qayıdır

[06.04.2016]
"Qlazqo Reyncers" yüksək liqaya qayıdır

Şotlandiyanın köklü klublarından olan "Qlazqo Reyncers" klubu yenidən Yüksək Liqaya qayıdır.

Qol.az-ın məlumatına görə, hazırda ikinci divizionda mübarizə aparan Qlazqo təmsilçisi 32-ci turda evdə "Dambarton"a 1:0 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə "Qlazqo Reyncers" sona 4 tur qalmış növbəti mövsüm üçün Yüksək Liqaya vəsiqəni təmin edib.

Qeyd edək ki, "Qlaqo Reyncers" klubu 2012-ci ildə vergi borclarına görə Yüksək Liqada oynamaq hüququndan məhrum edilib. 54 dəfə Şotlandiya çempionu olan komanda 33 dəfə ölkə kubokuna sahib çıxıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.