Qol.Az

"Benfika"ya uduza bilərdik" – Qvardiola

[06.04.2016]
"Benfika"ya uduza bilərdik" – Qvardiola

"Benfika"ya qarşı oynamaq asan deyildi. Rəqibin oyunu mənim üçün aydın olmadı. "Benfika" standart vəziyyətlərdən yaxşı istifadə edirdi. Ancaq bizim də qol vurmaq üçün yaxşı imkanlarımız oldu".

Qol.az-ın məlumatına görə, bu sözləri "Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Benfika"ya qalib gəldikləri oyundan sonra UEFA-nın saytına açıqlamasında deyib.

İspaniyalı mütəxəssis Lissabondakı cavab görüşündə də qələbə qazanmaq istədiklərini bildirib: "Bu oyunda məğlub da ola bilərdik. Lakin minimal hesabla olsa da, qalib gəldik. Əlbəttə, Lissabonda da bir və ya iki qolla qalib gəlmək istəyirik. Bu matçın favoriti yoxdur. Statistika heç nə demək deyil. Hər şeyə Portuqaliyada aydınlıq gələcək".

Qeyd edək ki, "Bavariya" "Benfika" oyunu 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.