Qol.Az

Mourinyoya sürpriz təklif

[04.04.2016]
Mourinyoya sürpriz təklif

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Suriyadan yığmasından sürpriz təklif alıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Suriya Futbol Federasiyasının rəsmi "facebook" səhifəsi yayıb.

Federasiya rəhbərliyi Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan Suriya millisinin baş məşqçi vəzifəsinə Mourinyonu gətirmək niyyətindədir. 53 yaşlı mütəxəssisə ən azı seçmə mərhələnin son turlarında yığmanı çalışdırması təklif olunub.

Qeyd edək ki, Suriya yığması İran, Yaponiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Özbəkistan, Qətər, İraq, Çin və Taylandla birgə "DÇ-2018"in seçmə mərhələsinin son turuna vəsiqə qazanıb. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.