Qol.Az

Ordu ilk dəfə düşmənə qarşı “cəhənnəm silahını” işə saldı – XÜSUSİ XƏBƏR

[04.04.2016]
Ordu ilk dəfə düşmənə qarşı “cəhənnəm silahını” işə saldı – XÜSUSİ XƏBƏR

Ermənilərin hərbi obyektlərinə ağır zərbələr endirilib.

Azərbaycan ordusu erməni işğalçılarının Silahlı Qüvvələrimizin mövqelərinə əks-hücumlarından müdafiə olunmaq məqsədilə düşmənin hərbi obyektlərinə qarşı “TOS-1A” “Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib.

Qeyd edək ki, Azərbaycan Rusiyadan aldığı bu silahdan ilk dəfədir ki, hərbi əməliyyatlarda istifadə edir.

Yüksək dağıdıcı gücünə, hədəfləri dəqiq məhv etmək imkanlarına görə bu odsaçanlar həm də “cəhənnəm silahları” kimi tanınırlar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.