İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 40 yaşlı sabiq oyunçu futbol üçün darıxdığını bildirib:
"Hər keçən gün futbol üçün darıxıram. Düşünürəm ki, yenidən futbola qayıdaraq oynaya bilərəm. Əgər Los-Angelesdə yaşasaydım, bu şəhərin "Los Angeles Qalaksi" klubunda bir mövsüm çıxış edərdim. Həqiqətən bu, möhtəşəm olardı. Ancaq hazırda Londonda yaşayıram. Övladlarım orada məktəbə gedirlər və çox xoşbəxtdirlər".
Qeyd edək ki, Bekhem 2013-cü ildə PSJ-də karyerasını başa vurub.